Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 10:00:00
Bu şəxslərin dövlət sifarişi ilə təhsil almaq hüququ yoxdur- Diqqətli OLUN

  

Dövlət İmtahan Mərkəzi I, II, III və IV ixtisas qruplarında müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.

 

AzEdu.az həmin nəşrə əsasən, müsabiqədə iştirak edəcək bəzi abituriyentlər dövlət hesabına təhsil almaq hüququna malik deyillər.

 

Onlar aşağıdakılardır:

 

  • dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər

 

  • əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməz


Qeyd edək ki, dövlət sifarişi üzrə ayrılmış yerləri seçmək hüququ əldə etmək üçün, DİM tərəfindən qoyulan tələbləri ödəyə bilməyən abituiriyentlər yalnız ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak edə bilərlər.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları