Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-15 12:33:00
I ixtisas qrupunda 150-200 bal toplayan abituriyentlər DİQQƏTLİ OLUN

2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin 2 min 976 nəfəri 200-dən aşağı bal toplayıb.

AzEdu.az xəbər verir ki, bu göstərici müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin təxminən 16  faizini təşkil edir.

I ixtisas qrupu üzrə minimal keçid balını toplamış abituriyentlərin ümumi sayı 19 min 30 nəfərdir.

Qeyd edək ki, 200-dən aşağı bal toplayanların hər biri imtahanın ikinci mərhələsi üzrə 100 ballıq limiti keçə bilməyən abituriyentlərdir.

I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək.