https://modern.az/
2022-08-10 16:40:00
Xüsusi təhsil siniflərinə MİQ üzrə vakansiya seçiminə başlanılıb

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, vakansiya seçimi avqustun 12-si saat 17:00-dək davam edəcək. Təhsil müəssisələri üzrə mövcud vakansiyalar namizədlərə cədvəldə (fotolar) təqdim olunur.