Azedu.az

AzTu-da təkrar ali təhsilə sənəd qəbulu davam edir

9 Avqust 2022, 13:48
AzTu-da təkrar ali təhsilə sənəd qəbulu davam edir

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 1-dək uzadılıb.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (//tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

 

Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müəyyən tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

 

Namizədlər ətraflı məlumat üçün [email protected] ünvanına yaza bilərlər.

 
 
 
ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox