Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-09 12:13:00
Məktəbəhazırlıq qruplarındakı dərs müddəti və qrafik – BU CÜR OLACAQ

 

 

Məktəbəhazırlıq qruplarında həftədə 4 gün olmaqla, 12 məşğələ keçiləcək. Bir gün ərzində 3 məşğələ, bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 dəfə idman dəqiqəsi keçiriləcək.

 

 

 

AzEdu.az xəbər verir ki, ki, avqustun 8-də 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında valideynlərin məktəb seçimi prosesinə başlanılıb.

 

 

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

 

 

 

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.