
2022-07-28 10:27:00
Ölkədəki Coğrafiya müəllimləri bir araya gəldi-SƏBƏB-FOTO
İyul ayının 24-də, Bakı şəhərində Azərbaycanın müxtəlif şəhər və kəndlərinin ali və orta məktəb müəllimləri, elmi tədqiqat institutlarının əməkdaşları, eləcə də coğrafiya dərsliklərinin müəllifləri, Dövlət İmtahan Mərkəzinin ekspertləri və fəxri ad almış coğrafiyaçıların görüşü keçirilib. Məqsəd Azərbaycan təhsilində coğrafiya fənninin bugünkü vəziyyəti, tədrisində olan problemlər və fənnin gələcək durumu haqqında müzakirələr aparmaq, bir sıra məsələlərə aydınlıq gətirmək olub.
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdirləri,BDU-nun Coğrafiya kafedrasının müəllimləri,orta məktəb müəllimləri,dərslik müəllifləri görüşün iştirakçıları olmuşdur.Görüşü Səbail rayon 163 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Şamxal Həşimov açıq elan etmişdir.Tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan vətən oğulları bir dəqiqəlik sükutla yad edilmişdir."Vətən sərhəddən başlanır fikri əsas tutularaq" Coğrafiyaya aid məsələlərin müzakirəsi ilə görüş davam etdirilmişdir.
Coğrafiya fənninin orta və ali məktəblərdə mövcud problemlərindən, bakalavr və magistratura pillələri üzrə qəbul imtahanlarına salınmış sualların qəlizliyindən danışıblar, bir çox təkliflər irəli sürüblər.Görüşdə VI və XI sinif Coğrafiya dərslik müəlliflərinin iştirakının xüsusi əhəmiyyəti qeyd edilmişdir.Qarşıdakı tədris ilində VII və X sinif Coğrafiya dərsliklərinin yenilənməsi ətraflı şəkildə müzakirə edilmişdir.Dərslikdəki nöqsanlara bağlı təkliflər irəli sürülmüşdür.Dərslik müəllifləri Şərafət Hüseynli və Zaur İmrani dərsliklərlə bağlı müəllimlərin suallarına ətraflı cavab vermiş, öz fikirlərini bölüşmüşdür.
Əməkdar müəllim Məhəmmədəli Rəsulov müasir təlim metodlarının daha da təkmilləşdirilməsi,iqtisadi rayonların öyrənilməsində və istehsal sahələrinin ərazi üzrə yerləşdirilməsində Coğrafiya elminin qarşısında duran əsas vəzifələri qeyd etmişdir.
Coğrafiya fənninin III qrupa əlavə edilməsi müsbət qarşılanıb.Gələcəkdə III qrupda daha çox ixtisasa qəbul üzrə Coğrafiya fənnindən imtahan olmasının vacibliyi qeyd edilmişdir.
Təhsil Nazirliyi tərəfindən keçirilməsi planlaşdırılan " Müəllimlərin sertifikasiyası" ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Müzakirə olunan digər məsələ "Şagirdlərin Beynəlxalq Coğrafiya" olimpiadasına hazırlığı ilə bağlı olmuşdur.Bakı şəhəri Nəsimi rayon 8 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi Yaşar Seyidəliyev bu məsələ ilə bağlı ətraflı məlumat vermişdir.
Görüş iştirakçılar müzakirə olunan məsələlərlə bağlı tədbirlərin həyata keçirilməsini və bunun aidiyyatı təşkilatlara çatdırılmasının vacibliyini xüsusi qeyd ediblər.
Bu bölməyə aid digər xəbərlər
İş yerinin qarşılıqlı dəyişdirilməsi üçün 42 müəllim dəvət olunub
2023-01-26 10:05:00
“Məktəbdə...” növbəti görüş
2023-01-25 12:07:00
Zərdabda məktəb direktoru vəfat edib
2023-01-23 16:53:00
Məktəblərdə müəllim-şagird qarşıdurmasının qarşısını almaq üçün nə etməliyik?
2023-01-23 09:00:00
Metodik dəstək və peşəkar inkişaf mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib
2023-01-19 17:17:00
“Refleksiv müəllim” layihəsi üzrə təşkil edilən seminarlar davam edir
2023-01-19 17:04:00
İdarə müdiri 20 Yanvara həsr olunmuş xüsusi dərsləri izləyib
2023-01-19 12:52:00
Bu müəllimlərə əlavə dərs saatları verilir- QAYDA
2023-01-13 09:29:00
Məktəblərdə müəllimlərin 84,3 faizi qadındır
2022-12-15 14:31:00
Qısa müddətdə fenomenə çevrilən gənc müəllim:"Güneyli həmkarlarımla birlikdə dərs keçəcəyimizə inanıram"-VİDEO
2022-11-19 12:01:00
kitabı
ÇOX OXUNANLAR
25 Yanvar 2023, 11:54
Bu il 30 min müəllim sertifikatlaşdırılmaya cəlb ediləcək

18 Yanvar 2023, 13:04
Müəllimlərin dərs yükü necə müəyyənləşdirilir? - QAYDALAR

27 Yanvar 2023, 11:49
Yalnız bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək- Vacib sertifikasiya bilgisi

22 Yanvar 2023, 12:52
Dərs oxuyarkən dinləyə biləcəyiniz MUSİQİLƏR-Effektiv təsir göstərir

25 Yanvar 2023, 13:39
Yerdəyişmə edəcək müəllimlər üçün vacib xəbər – Sayt aktiv ediləcək

20 Yanvar 2023, 16:12
Müəllimlərin maaşı artırılmayıb – Qərarın qısa izahı

22 Yanvar 2023, 15:46
Kollec bitirən şəxslər dövlət qulluğu imtahanında iştirak edə bilər?-DƏQİQ CAVAB

22 Yanvar 2023, 13:49
Elmlər akademiyaları və onların analoqları-Dünya təcrübəsi

FACEBOOK