Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-26 12:16:00
“Alimin işdə nə zaman olub-olmamasının elmi inkişafa heç bir dəxli yoxdur”-Şahlar Əsgərov

 

 

AzTV Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti barədə süjet hazırlayıb.

 

Süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

 

Belə ki, saat 18:00 olmasına baxmayaraq,   AMEA-nın binasından heç kimin çıxmaması gözdən yayınmayıb. Vəziyyət belə olduqda akademiyaya daxil olan jurnalist dəhlizlərdə işığın söndüyünü və və işçilərin orada bir müddətdir ki,  olmadığını müşahidə edib.

 

Məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub.

 

AzEdu.az-a danışan professor Şahlar Əsgərov alimlərə məhdudiyyət qoymağın və onları müəyyən saatlarda işlətməyin düzgün olmadığını deyib:

 

“O şəxslərə alim deyilir ki, onlar günün 24 saatını elm ilə məşğul olurlar. Amma biz bu insanları məmurlaşdırsaq, o, təbii ki, günün müəyyən saatını işə həsr edəcək. Həmişə çalışmaq lazımdır ki, alim məmur olmasın. O, öz vəzifəsini yerinə yetirməlidir. Onun işdə nə zaman olub-olmamasının elmi inkişafa heç bir dəxli yoxdur. O, hər zaman elm haqqında fikirləşməlidir. Bu, haqda mənim publisistik yazılarım çoxdur.

 

Elm azadlığı sevən nüansdır. Alim də elmin bir hissəsi olduğu üçün o, da azadlığa meyil göstərir. Alimləri çərçivəyə salaraq onların müəyyən saatlarda işləməsini tələb etmək  olduqca çətindir, amma bizim real şəraitə baxdıqda AMEA-da böyük islahatlara ehtiyac var. Orada həm struktur, həm məzmun, həm də idarəetmə baxımından ciddi dəyişmələr edilməlidir”.

 

Professor AMEA-dakı digər problemlərə də toxunub:

 

“İki cür idarəetmə forması var: İnzibati və demokratik. Akademiya ayaqqabı sexi deyil, ona görə də burada demokratik idarəetmə daha yerinədüşən olar.

 

AMEA 30-40 institutdan ibarətdir. Bu qurumların hər biri özlərinə rəhbər seçə bilmə imkanına malik olmalıdır. Onlar elə şəxsi rəhbər təyin etməlidilər ki, onun elmi potensialı və idarəetmə qabiliyyəti yüksək olsun. Məsələ iki-üç cümlə ilə düzələn deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları