Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-23 15:46:00
III qrup üzrə müsabiqədə bu abituriyentlər iştirak edə bilərlər  

III ixtisas qrupu üzrə imtahan verən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb.

 

AzEdu.az xəbər verir ki, III ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

 

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:

 

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tərcümə (dillər üzrə), filologiya (xarici dil və ədəbiyyatı üzrə) və xarici dil müəllimliyi (dillər üzrə) ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) beynəlxalq münasibətlər ixtisasının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;

- Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, regionşünaslıq (regionlar üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

 

Xatırladaq ki, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər 23-26 iyulda DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.