![](https://azedu.az/uploads/news/2022/06/azedu.az_azedu.az_azedu.az_ILIN_HGENC_518_344_75.jpg)
"İlin gənc müəllimi-2022" müsabiqəsinə qeydiyyat davam edir.
Bu müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu.az Təhsil Portalının birgə təşkilatçılığı ilə təşkil olunur.
"İlin gənc müəllimi-2022" müsabiqəsinin məqsədi motivasiya dolu həyat hekayələri olan, faydalı işlər görən ən yaxşı orta məktəb müəllimlərini ictimaiyyətə tanıtmaq və mükafatlandırmaqdır.
Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməli, formda tələb olunan bütün bəndləri cavablamalıdırlar.
İkinci mərhələdə isə təşkilatçılar tərəfindən müəyyən edilən ekspertlər qrupu qeydiyyatdan keçən müəllimlərin məlumatlarını 100 ballıq şkala ilə qiymətləndirəcəklər.
Bu mərhələdə 50 müəllim seçiləcək və ictimaiyyətə elan olunacaq. Onlar arasından isə yalnız 10 müəllim 3-cü mərhələyə (final mərhələsinə) keçə biləcək.
Hər il müxtəlif istiqamətdə ilklərə imza atan layihə, bu il də özünəməxsus yeniliklərlə start götürəcək.
Yeniliklərdən biri də, “TOP-10”-a vəsiqə qazanan müəllimlərin təkcə onlayn səsvermə ilə deyil, həm də yüksək nüfuza malik elm və təhsil xadimlərindən ibarət komissiya tərəfindən dəyərləndirilməsidir. Həmçinin, qalib adı uğrunda mübarizədə onlayn səsvermə qaydalarında da müəyyən dəyişiklər ediləcək. Belə ki, ilk onluğa vəsiqə qazanan müəllimlərin hər biri qısa video materiallar hazırlayacaq və onlayn səsverməyə həmin videolar çıxarılacaq. Video-bloq materiallarında tədrisin səmərəli təşkili, təhsilə orijinal yanaşma, kreativ metodlar öz əksini tapmalıdır. TOP-10-dakı səsvermədə 20 bal onlayn səsvermənin nəticələrinə görə, 80 bal isə təhsil xadimlərinin qiymətləndirilməsinə görə veriləcəkdir.
Münsif və ekspertlərin adları hər il olduğu kimi bu il də gizli saxlanılacaqdır.
Qeydiyyat formuna buradan daxil olmaqla, müsabiqəmizdə iştirak edə bilərsiniz!
Müsabiqədə 40 yaşadək olan müəllimlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyənlər üçün son qeydiyyat tarixi: 01.07.2022 (1 iyul)
QEYD: Formu doldurandan sonra bu elektron ünvana göndərə bilərsiniz:
Müsabiqə şərtləri və qeydiyyatla bağlı aşağıdakı əlaqə nömrələrinə zəng edə bilərsiniz:
055-329-48-78
051-329-72-72
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)