Azedu.az

Daha bir tələbə dənizdə boğuldu - FOTO

27 İyun 2022, 08:10
Daha bir tələbə dənizdə boğuldu - FOTO

Bakının Sabunçu rayonunda bir nəfər dənizdə batıb.

 

AzEdu.az  xəbər verir ki, hadisə Pirşağı qəsəbəsində baş verib.

 

Belə ki, 2001-ci il təvəllüdlü Əhmədov Novruz Elnur oğlu dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Məlumata görə, N.Əhmədov Bakıda kirayədə yaşayırmış. O, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox