http://www.position.az/ https://www.zirve.edu.az/
2022-06-25 12:10:00
Sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib

24 iyun 2022-ci il tarixində Qubanın Alekseyevka kənd tam orta məktəbində sertifikasiya imtahanı ilə əlaqədar ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşün məqsədi sertifikasiya imtahanı ilə bağlı müəllimlərə dəstək göstərməkdir. Görüşdə qiymətləndirmə çərçivəsi müəllimlərə şərh edilib, imtahanın məzmunu və təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Görüşün əvvəlində ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək imtahanın məqsədi haqqında ətraflı məlumat verib.

 

İRM-in direktoru Nurlan İsmayılbəyli imtahanın təşkili qaydaları ilə bağlı sualları cavablandırıb.

 

MDPİM-in direktoru Nəzakət Mehdiyeva isə imtahana hazırlaşmaq üçün mənbələr haqqında danışıb.

 

Daha sonra Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova və 20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva tərəfindən imtahanın ixtisas üzrə məzmunu, MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova tərəfindən isə pedaqogika və metodika üzrə məzmunu şərh edilib.

 

Görüş müzakirə və sual-cavab formatında keçirilib.

 

Qeyd edək ki, bu tip görüşlərin mütəmadi olaraq sertifikasiya imtahanı keçiriləcək digər regionlarda da təşkili nəzərdə tutulur.

 

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli  və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev iştirak edib.