Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq!
AzEdu.az xəbər verir ki, bu zaman şəxsi kabinetdə qeyd olunan əlaqə nömrəsinə sms bildiriş göndəriləcək.
Nəticələrlə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az/login) şəxsi kabinetinizə daxil olaraq tanış ola bilərsiniz. Nəticələrlə tanış olduqdan sonra lisey seçimi prosesi başlayacaq və bu mərhələdə şagirdlərə 3 lisey seçimi şansı veriləcək.
Qeyd edək ki, lisey seçimi iyul ayının 4-də başa çatacaq.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:
Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:
Digərləri:
Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey;
Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;
Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;
Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.