Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-24 10:30:00
AzTU tələbələri sağlam həyat tərzini seçir-FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə 26 iyun BMT-nin Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü ilə əlaqədar “Gənclər sağlam həyat tərzini seçir” adlı fləşmob keçirilib.

 

AzEdu.az xəbər verir ki, fləşmobda iştirak edən AzTU tələbələri xüsusi plakatlar vasitəsilə “Gənclər sağlam həyat tərzini seçir”, “Biz narkomaniyaya yox deyirik!” adlı şüarlar yaradıb.

 

Qeyd edək ki, fləşmob YAP Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında imzalanana tədbirlər planına uyğun olaraq keçirilib.