Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-21 11:57:00
İmtahan həftəsində bunları etməyin – Psixoloqdan abituriyentlərə vacib tövsiyə

 

 

“İmtahandan bir gün qabaq dərs oxumağın heç bir faydası yoxdur”.

 

AzEdu.az xəbər verir ki, bu fikri Bakı Şəhər Təhsil İdarəsinin və AzEdu təhsil portalının  birgə təşkilatçılığı ilə həyata keçirilən psixoloji  təlimlər zamanı BDU-nun müəllimi Ramin Allahverdiyev bildirib.

 

Psixoloq imtahana bir gün qalmış beyinə xüsusi dinclik vermənin vacib faydalarından bəhs etməklə yanaşı, bir sıra praktiki tövsiyələr də verib:

 

 “İmtahan həftəsi zamanı futbol, valeybol kimi idman növlərini oynamaqdan qaçının. Yaxşı olardı ki, abituriyentlər imtahana getmədən öncə duş qəbul etsin və yediklərinə fikir versinlər. Yüngül qidalara üstünlük vermək məqsədəuyğundur”.

 

Psixoloq şagirdlərə beyinlərinin sakit tutmalarına önəm vermələrini bildirir:

 

“Bunu anlayın ki, bir gün oxumamağınız sizə heç bir təsir göstərməyəcək. Özünüzə tez-tez “Mən bu imtahanın öhdəsindən gələcəm” deməlisiz. İmtahanda zamanı düzgün idarə edin və tələsməyin”.

 

Psixoloq  valideynlərə öz tövsiyyələrinə qeyd edib:

 

“Valideynlər övladlarına güvənməlidir. Onlar arasında sıx dostluq münasibətinin olması vacibdir. Əgər bunlar  varsa, valideynin övladını başa  düşəcək. Ona görə də, valideynlə söhbət etmək lazımdır. Abituriyent  yığa biləcəyi balı əvvəlcədən valideyninə deməsi yaxşı olar. Bu onu imtahan zamanı daha rahat edəcək”.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları