Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 11:16:00
"Kaspersky"nin bu həlli uşaqların "YouTube"dakı baxış tarixçəsini izləməyə imkan verəcək

Uşaqların əksəriyyəti həyatlarını smartfonlar və rəqəmsal məzmun olmadan təsəvvür edə bilmirlər. Kaspersky-nin məlumatına görə*, 2022-ci ilin birinci rübündə Azərbaycanda ən populyar tətbiq YouTube olub. Onun payına uşaqların ilin ilk üç ayında on ən populyar tətbiqdə sərf etdikləri ümumi vaxtın üçdə biri düşüb. İkinci və üçüncü yerdə müvafiq olaraq WhatsApp və TikTok gəlir.

YouTube-da məzmuna baxmağı daha təhlükəsiz etmək üçün Kaspersky tərəfindən Kaspersky Safe Kids həlli daha da təkmilləşdirilib. İndi valideynlərə bu populyar video hostinq xidmətində axtarış tarixçələrinə baxmaq imkanı verən “YouTube-da təhlükəsiz axtarış” funksiyasına əlavə olaraq, valideynlər uşaqlarının məhz hansı videolara baxdıqlarını da izləyə biləcəklər**. Kaspersky Safe Kids-in iOS*** versiyasında veb-nəzarət və ekran vaxtına nəzarət funksiyalarının imkanları genişləndirilib. Birinci funksiya, axtarış sorğularının tarixçəsinə baxmaq, kateqoriyalar üzrə saytlara girişi məhdudlaşdırmaq, icazə verilən/qadağan olunan saytların siyahısını yaratmaq və girişi seçim əsasında bloklamaq, o cümlədən, yalnız valideyn tərəfindən icazə verilən saytlara daxil olmağa imkan verir. Filtrləmə imkanı əksər populyar brauzerlər üçün mövcuddur. Ekran vaxtının məhdudlaşdırılmasına gəlincə, əvvəllər uşaq sadəcə olaraq cihazdan istifadə üçün icazə verilən vaxtın bitdiyi barədə bildiriş alırdı. İndi isə bu baş verdikdə, cihaz valideynlərə zəng etmək imkanı qalmaq şərtilə kilidə düşə bilər (əgər valideyn bu funksiyanı aktivləşdiribsə).

“Hər bir valideyn əmin olmaq istəyir ki, övladı internetdə heç bir təhdidlə üzləşmir. Müasir texnologiya uşaqların onlayn təhlükəsizliyini qorumaq üçün ən yaxşı üsuldur. Baxış tarixçəsi funksiyası uşağın maraqlarını daha yaxşı anlamağa və bu məlumatdan etibarlı münasibət qurmaq üçün istifadə etməyə imkan verir. Eyni zamanda, unutmaq olmaz ki, uşağın öz sərhədləri var və onun şəxsi həyatına hər hansı müdaxilə mümkün qədər diqqətlə müşayiət olunmalıdır”, - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Uşaqların şəbəkədə keçirdiyi vaxtı daha təhlükəsiz etmək üçün Kaspersky valideynlərə tövsiyə edir:

  • övladlarınızla onların rəqəmsal həyatı – internetdəki məşğuliyyətləri və görməli olduqları təhlükəsizlik tədbirləri haqqında daha çox danışın;
  • məxfilik müqavilələrini diqqətlə oxumağı, məxfilik parametrlərinə nəzarət etməyi özünüz öyrənin və uşaqlarınıza da öyrədin;
  • lazım gələrsə, valideyn nəzarəti üçün tətbiq quraşdırın, lakin əvvəlcə uşağınızla həmin tətbiqin nə olduğunu və bu qərarı niyə verdiyinizi müzakirə edin.

Şirkət “Kaspersky Safe Kids” həllini nə etməyindən – oyun oynamaq, təhsil almaq və ya dostlarla ünsiyyət saxlamaq – asılı olmayaraq, uşaqların onlayn təhlükəsizliyini təmin etmək üçün hazırlayıb. Onun köməyi ilə valideynlər uşağın internetdə nə qədər vaxt keçirməsindən xəbərdar ola, həmçinin onu arzuolunmaz məzmundan qoruya bilərlər. Bundan əlavə, məhsul geolokasiya funksiyası sayəsində uşağın cari yerini müəyyən etməyə imkan verir ki, bu da onun şəhərdə tək gəzməsi barədə narahatlığı aradan qaldırır.

 

 

 

Kaspersky Safe Kids həlli müntəzəm olaraq mükafatlar qazanır. Məsələn, 2022-ci ildə “Make Use Of” onlayn texnologiya portalı onu ən yaxşı valideyn nəzarəti proqramı adlandırıb, 2021-ci ildə isə müstəqil AV-TEST laboratoriyası tərəfindən aparılan sınaqların nəticələrinə görə, o, “Approved Parental Control Software” (Təsdiqlənmiş Valideyn Nəzarəti Proqramı) sertifikatına layiq görülüb.

* Məlumat, Kaspersky Safe Kids-in 2022-ci ilin yanvar-mart aylarında uşaqların Android dəstəkli cihazlardakı tətbiqlərdə keçirdikləri saatların sayına dair anonim statistikaya əsaslanır. On ən populyar tətbiqdə sərf olunan saatların cəmi 100% olaraq qəbul edilib və faiz bölgüsü tətbiqlərin hər birində sərf olunan saatların sayından asılıdır.

** YouTube-da baxış tarixçəsi funksiyası uşağın Windows və Android dəstəkli cihazlardakı brauzerlərdə fəaliyyətinə nəzarət etmək üçün mövcuddur; bu haqda hesabatı valideynlər Android dəstəkli cihazlarında valideyn rejimində quraşdırılmış Kaspersky Safe Kids proqramında görə bilərlər.

*** Tam funksionallıq Windows, Mac və Android dəstəkli cihazlar üçün mövcuddur. iOS 15.0+ ilə işləyən cihazlar üçün veb nəzarəti və ekran vaxtı nəzarəti funksiyaları Apple Family hesabı vasitəsilə mövcuddur. İOS 12.0-14.0 ilə işləyən cihazlar üçün veb nəzarəti funksiyası yalnız Kaspersky Safe Kids brauzeri vasitəsilə mümkündür, ekran vaxtına nəzarət funksiyası isə uşağın cihazında “Vaxt bitdi” bildirişi vasitəsilə həyata keçirilir.