Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-25 12:32:00
  Televiziya bizi necə məhv edir –“Şagirdlərin dilini korlayır”-SOS

 

  

Telekanallarda yayımlanan bayağı tipli verilişlər bir çox şəxslərin intellektual səviyyəsinə təsir etdiyi kimi  məktəblilərin psixoloji inkişafında da mənfi rol oynamaqdadır.

 

 

Son zamanlar tədris mühitində baş verən xoşagəlməz olaylar da buna nümunə ola bilər.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan media mütəxəssisi Zeynal Məmmədli məsələnin ciddi xarakter daşıdığını deyib:

 

 

“Əgər həmin verilişlər bayağıdırsa, onlar niyə efirə verilir? Lakin eyni zamanda ölkəmizdə ən reytinqli teleməhsullar da bunlardır. Düzü, bizdə reytinqlər elə yüksək rəqəmlərlə ifadə olunmayıb. Orta hesabla, 250-300 minə yaxın insan bu kimi proqramlara baxır.

 

 

Əgər evdə məktəblilər həmin verilişlərə baxırlarsa, bu, həmin ailənin günahıdır. Onlar övladlarının belə verilişlərə baxmasına icazə verməməlidir”.

 

 

Media mütəxəssisi televiziyada olan dil qüsurlarının da şagirdlərə təsir edəcəyini bildirib:

 

 

“Bəzən məmurlar bərbad dildə danışaraq televiziyaya çıxırlar, uşaqlar da buna baxır. Bu, onların dil baxımından inkişafına təsir edir. Azyaşlı məktəblilər həmin şəxslərdən nə öyrənəcəklər?!

 

 

Veriliş seçimində cəmiyyətin mədəni və təhsil səviyyəsi nəzərə alınmalıdır. Valideynlər də bu mühitin məhsuludur, onlar həmin ortamda böyümüş insanlardır.

 

 

Valideynlər bəzən çalışır ki, təki uşağın səsi çıxmasın, sanki  onunla məşğul olmağa vaxtları yoxdur. Lakin uşaq çox əziyyətli məsələdir, valideynləri də qınamaq olmaz, onlar da iş qayğıları ilə məşğuldur. Amma övladlarla çox ciddi ünsiyyətdə olmaq lazımdır. Məktəb, cəmiyyət bir tərəfdən də ailələr şagirdlərin inkişafına təsir göstərən amillərdir. Bunların hər biri uşaqların necə yetişməsində öz rolunu oynayır, onlarda hansı mədəni normaların yaranmasına  yön verir.  Məmurların pinti danışığı, məsələdən kifayət qədər xəbərdar olmaması  və s kimi məsələlərdə buna təsir edir. Məktəbdəki müəllim və digər şəxslərin də davranışı xüsusi rol oynayır”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları