Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-23 14:55:00
BMU-İNHA ikili diplom proqramı ilə bağlı məktəblilərlə görüş keçirilib

Bakı Mühəndislik Universiteti (BMU) və Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı ilə bağlı orta məktəblərdə davam edən maarifləndirmə tədbirləri çərçivəsində daha bir görüş Zirvə liseyində baş tutub.

 

AzEdu.az xəbər verir ki, görüşdə BMU-İNHA ikili diplom proqramı üzrə baş mütəxəssis Sevinc İskəndərova və proqramın idarə edilməsi üzrə bölmə rəhbəri Hyunjin Yang təqdimatlarla çıxış ediblər.

 

Çıxışlarda BMU-İNHA ikili diplom proqramının üstünlükləri və imkanları barədə ətraflı bəhs olunub. Bildirilib ki, 3+1 modelinə əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaq və onların 4 illik təhsil xərcləri tam olaraq Dövlət Proqramı tərəfindən qarşılanacaq. Təhsillərinin sonunda iki diplom əldə edən tələbələr magistratura və doktorantura təhsillərini Cənubi Koreyada təqaüdlə davam etdirmək imkanı qazanacaqlar. Bununla yanaşı, proqrama müraciət qaydaları, qəbul şərtləri barədə zəruri informasiyalar da məktəblilərin diqqətinə çatdırılıb.

 

Sonra Liseyin direktor müavini Yaşar Zeynalov çıxış edib və məlumat sessiyasının təşkil olunmasına görə minnətdarlığını bildirib. Liseyin sonuncu sinif şagirdlərinin BMU-da təhsil almasının üstün cəhətlərini önə çəkən direktor müavini ikili diplom proqramını onlar üçün yaradılan şans kimi qiymətləndirib, məktəblilərə bu fürsətdən yararlanmağı tövsiyə edib.

 

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.