Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-18 09:00:00
İbtidai siniflərin adı mütləq dəyişdirilməlidir  -Professordan irad və təklif  

 

 

 

 

“Zəif təhsilli şəxslər ibtidai sinif müəllimi təyin olunur”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında professor Şahlar Əsgərov deyib.

 

 

O, AzEdu-nun nəzdində Dərsliklərin Müstəqil Monitorinqi Mərkəzinin ilk iclasında ibtidai təhsil mərhələsinin adının dəyişdirilməsi və onun əhəmiyyətinin artırılmasını təklif edib.

 

 

Professor buna ehtiyacın hansı əsasdan yarandığından söz açıb:

 

 

“Yeni hadisələrə ad verərkən diqqətli olmaq vacibdir. Azyaşlı insanlar, təzəcə dil açan körpələrin   təhsili ilə yaxından məşğul olmalıyıq. I-IV sinifləri əhatə edən təhsil mərhələsi ibtidai deyil, ali xarakter daşımalıdır. Çünki əsas diqqətimiz  düşüncə etibarilə tam formalaşmayan  azyaşlı şəxslərin təhsilinə yönəlib. Ona görə də bu dönəmə “ibtidai” adı vermək  bağışlanılan hal deyil.

 

 

Təhsil silahdır, onun səmərəsi  kimin əlində və kimə qarşı olmasından asılıdır. Son 100 ildə  Avropa təhsil məktəbləri açıldı, amma onu silah kimi də əldə saxlamaq mümkün olmadı. Beynimizə öyrənmək əvəzinə, oxumaq fikri yeridildi”.

 

 

Şahlar Əsgərov kimlərin ibtidai sinif müəllimi təyin edilməsinin vacibliyindən söz açıb:

 

 

“İbtidai təhsilə laqeyd yanaşma  uzun illər   bəsit düşüncəli şəxslərin bu sahəyə  gəlməsinə səbəb oldu. Nəticədə alimlər bu işə cəlb olunmadı, kişi müəllimlər həmin sahədən kənarda qaldı, dəyərli insanlar biliklərini paylaşa bilmədilər. Həmçinin, zəif təhsilli şəxslər ibtidai sinif müəllimliyinə gətirildi. Bunu şəxsi mənafe və istifadə üçün qurdular. Ona görə də belə yanaşmanın əleyhinəyəm. Övladım orta məktəbdə oxuyur sözü əvəzinə, öyrənir deyilməlidir. Bəli, təhsil silahdır,  Azərbaycan təhsilində  70-ci illərdə silah rusların əlində idi. Onlar həmin aləti  azərbaycanlılara qarşı istifadə etməli idilər.

 

 

Harada ki, magistr, alim dərs deməlidir,  oraya “ali məktəb” demişik. Bu yaşımda ixtisasımı dəyişsəydim, ibtidai sinif müəllimi olardım, çünki ora dəryadır.

 

 

Leninin məşhur “Öyrənmək, öyrənmək, yenə də öyrənmək” sözü , “Oxumaq, oxumaq yenə də oxumaq” kimi bizə təhrif edilmiş formada çatdırılıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları