Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-17 13:18:00
“Ukraynanın peşə və ali təhsil müəssisələri köçürülür”- Nazir

 

Hazırda davam edən döyüşlər səbəbilə Ukraynanın peşə və ali təhsil müəssisələrinin köçürülməsinə qərar verilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Ukraynanın Elm və Təhsil naziri Sergey Şkarlet məlumat yayıb.

 

Məlumata əsasən, təhsilalanların həyatı və sağlamlığının qorunması məqsədilə, qeyd edilən təhsil müəssisələri ölkənin cənub-şərq vilayətlərindən köçürülür.

 

“Əsas məqsədimiz hərbi vəziyyət üzrə təhsilin təşkili üçün təhlükəsiz mühitin yaradılmasıdır. Tələbələrin tədris prosesini daha təhlükəsiz məkanlarda təşkili istiqamətində qısa müddət ərzində bir çox iş görən bütün ali təhsil müəssisələrinin rəhbərlərinə minnətdaram”, - deyə təhsil və elm naziri Sergey Şkarlet bildirib.