Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-13 11:01:00
“Elmlər doktoru proqramına maraq azalmaqda davam edir”-Ədalət Muradov

 

UNEC-də 2022-ci il üzrə doktoranturaya sənəd qəbulu başa çatıb.

 

AzEdu.az xəbər verir ki, universitetin rektoru Ədalət Muradov fəlsəfə doktoru proqramı üzrə 53 plan yerinə 99 sənədin qəbul edildiyini bildirib.

 

O qeyd edib ki, əyani doktoranturaya 16 plan yerinə 40, qiyabi doktoranturaya 38 plan yerinə 59 sənəd qəbul edilib. 

 

Həmçinin 7 plan yerinin olmasına baxmayaraq dissertanturaya sənəd verən olmayıb. Elmlər doktoru proqramı üzrə isə 11 plan yerinə 5 sənəd qəbul edilib.

 

Son olaraq o, -“Elmlər doktoru proqramına maraq azalmaqda davam edir”-deyə qeyd edib.