Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-12 13:26:00
Sertifikatlaşdırılmaya ilk olaraq bu MÜƏLLİMLƏR cəlb ediləcək  

Sertifikatlaşdırma prosesinə birinci mərhələdə ibtidai təhsil səviyyəsi üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunması nəzərdə tutulur.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov söyləyib.

 

O bildirib ki, qeyd olunan regionda təxminən 11 minə yaxın ibtidai sinif müəllimi fəaliyyət göstərir.

 

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsini qiymətləndirmək, onların inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” təsdiq edilib.

 

Azərtac