Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-05-04 14:34:00
“İlin gənc müəllimi” bizim üçün dönüş nöqtəsi oldu-Qaliblərdən müsabiqəyə ÇAĞIRIŞ

 

 Müəllimlərin böyük marağına səbəb olan "İlin gənc müəllimi-2022" müsabiqəsi artıq başlayıb.

 

Müsabiqə Milli Məclisin Mədəniyyət komitəsi, AzEdu  Təhsil Portalının  birgə təşkilatçılığı ilə  keçirilir.

 

Yarışmanın məqsədi bilik-bacarıqları, peşələrinə xüsusi rəğbəti ilə fərqlənən, uğur hekayələri ilə həmkarlarını geridə qoyan müəllimləri geniş ictimaiyyətə tanıtmaqdır.

 

Bu, onlar üçün motivasiya olmaqla yanaşı, müəllim ordusu üçün də örnək rolunu oynayıb, onları uğura səsləyib.

 

Artıq 4-cü ildir ki, təşkil olunan müsabiqənin bundan əvvəlki 3 buraxılışı xeyli sayda bacarıqlı müəllimi ölkəyə tanıtmış və yarışma onlar üçün bəlkə də yeni bir mərhələ, böyük uğurlar qapısı olub.

Hər halda, özləri belə deyirlər:

 

Şəbnəm Cəbrayıl (“İlin gənc müəllimi” müsaqibəsinin qalibi  ):  “İlin gənc müəllimi” müsaqibəsi  istedadlı gənc müəllimləri ictimaiyətə tanıdmaq üçün çox gözəl lahiyədir”

 

 

 

“Müsaqibədə gənc müəllimlər  çox böyük həvəslə iştirak edirlər. Mən bu müsaqibənin ilk qalibi olmuşam. AzEdu  təhsil portalı bacarıqlı gənc müəllimlərin tanınmasında böyük rol oynayır. Bu lahiyənin  yüksək balla ucqar kənd məktəblərində işləyən gənc müəllimlərin cəmiyyətə çatdırılmasında müstəsna xidmətləri olmuşdur. İlk dəfə  mən bu müsaqibəyə qoşulanda  düşünürdüm ki, yəqin ki qalib olmaram.

Müsaqibədən  sonra  bir çox  televiziya kanalları gənc müəllimləri tanımaq istədilər. Bu da onu göstərir ki,  AzEdu  təhsil portalı onları ölkə daxilində tanıdmaqda böyük kömək göstərib.

 

Bu müsaqibə mənə sosialllaşmağın nə qədər önəmli olduğunu öyrətdi. Gördüyüm işləri paylaşmağı, onları cəmiyyətlə bölüşməyin  çox önəmli olduğunu  göstərdi. Yaxşı dostlar qazandırdı. Bugün fikir verirəm ki, artıq daha çox gənc müəllim ucqar kəndlərdə çalışmağa həvəslidir.  Onlar  öz peşələrini sevərək icra edir və  paylaşırlar. Ona görə də  bu cür lahiyələrin olması çox böyük önəmə sahibdir. Mən də öz həmkarlarıma bu müsaqibədə iştirak etməyi tövsiyə edirəm”.

 

 

2020-ci il “İlin gənc müəllimi” müsaqibəsinin qalibi Elçin Abbasov: “Müsaqibə mənə  ölkədə  tanınmağıma vəsiqə oldu”

 

No description available.

 

“Bu müsaqibə mənim müəllimlik karyeramda  ilk ən böyük uğurum idi. Bundan sonra peşə fəaliyyətimdə bir dönüş nöqtəsi oldu. Lahiyə mənə daha da motivasiya verdi və daha yaxşı  işlər görəcəyimə inandım. Müsaqibə mənə  ölkədaxili tanınmağıma  həmçinin rəsmi şəxslərlə tanışmağıma vəsilə oldu.

 

Müsaqibədən sonra bir çox uğurlar qazanmışam, “Təhsil ulduzları”  müsaqibəsində finalçı olmuşam. Amma yenə də ətrafım məni “İlin gənc müəllimi”nin qalibi kimi tanıyır.

 

Onu qeyd edim ki, bu müsaqibəyə görə məndən məsləhət alan müəllimlər çoxdur.  Mən bir müəllim kimi həmkarlarıma məsləhət görərdim ki, bu müsaqibəyə iştirak etsinlər. Çünki  müsaqibə həm çox gözəl tərtib edilib, həm də, müəllim fəaliyyəti üçün çox faydalıdır. Düşünürəm ki, ölkədaxili keçirilən müsaqibələr içində ən yaxşılarındandır. Bütün gənc müəllimləri bu müsaqibəyə dəvət edirəm onlara uğurlar arzulayıram”.

 

Elvin Səlimov ( müsaqibənin qalibi):  "İlin gənc müəllimi" olmaq mənə cəmiyyət arasında, müəllim kontingentində, müəllimlik həyatımda böyük nüfuz qazandırdı”.

 

No description available.

 

“Layihədə iştirak üçün olan xəbərlə qarşılaşdım və paylaşım linkinə daxil oldum, sualları cavablandırdım. Sualları cavablayıb, anketi doldurarkən düşünürdüm ki, rəqabət çox yüksək səviyyədə olacaq. Çünki tanıdığım çox perspektivli gənc müəllimlər də var idi. Müsabiqənin nəticələri elan olunanda  öncə ilk 50-liyə düşdüyümü öyrəndim, buna görə çox sevindim. Daha sonra ilk 10-luğa düşdüyümü öyrəndim.  Müsabiqə komissiyasının və ictimaiyyətin səsverməsi nəticəsində "İlin gənc müəllimi" müsabiqəsinin qalibi oldum. Milli Məclisdə ilk 10-luğa düşən müəllimlərlə birgə təltif olunduq. Milli Məclisin Mədəniyyət komissiyasının sədri Qənirə Paşayeva təltif və hədiyyələr təqdim etdi.

 

İlin gənc müəllimi müsabiqəsinin nəticələri bütün ölkədə rezonans yaratdı. Rast gəldiyim insanlar müharibə iştirakçısı olduğumu öyrənəndə doğrudan da qalibin obyektiv seçimlər əsasında olduğunu mənə bildirirdilər.

 

No description available.

 

"İlin gənc müəllimi" olmaq mənə cəmiyyət arasında, müəllim kontingentində, müəllimlik həyatımda böyük nüfuz qazandırdı.  KİV-ə verdiyim müsahibələrin sayı çoxaldı. 1000-lərlə tanımadığım insanlar mənim qalib olduğumu bildirən paylaşımların altında  şərhlər yazırdı və bu da əvəzolunmaz bir hisdir. "İlin gənc müəllimi" müsabiqəsinin qalibi olduğum müddətdə bir şeyi daha müşahidə etdim, müsabiqə nəticələri ilə tanış olanların heç  biri müsabiqənin qeyri-obyektivliyi haqqında bircə  söz belə demədilər. Hər kəs bunu yüksək əhval-ruhiyyə ilə qarşılayırdı. Fəaliyyət göstərdiyim 27 nömrəli məktəbdə müəllimlərin təbriki hələ də davam edir”.

 

Artıq məni müxtəlif tədbirlərdə tribunalara dəvət edəndə "İlin gənc müəllimi" müsabiqəsinin qalibi adlandırmaları məndə böyük fərəh hissi oyadır. Demək olar hər iştirak etdiyim tədbirlərdə adımın qarşısında"İlin gənc müəllimi" müsabiqəsinin qalibi statusunu görmək çox sevindirici haldır.

Bu ilki müsabiqə iştirakçılarına uğurlar arzulayıram. Əminəm ki, müsabiqədə iştirak edən hər bir müəllim qalib olmağa layiqdir. Sadəcə bu bir müsabiqədir və sonra qaliblər müəyyənləşməlidir. Həmçinin əminəm ki, layiq olanlar qalib gələcəkdir”.

 

Qeyd edək ki, Layihənin icrası 3 mərhələdə həyata keçiriləcək: Birinci mərhələdə gənc müəllimlər onlar üçün yaradılan forumu doldurub, özləri haqda ətraflı məlumat qeyd etməlidirlər.

 

Müsabiqəyə qatılmaq istəyənlər buradakı  form vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları