Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-27 13:44:00
Akif Əlizadə: “Təbiət Tarixi Muzeyinin vəziyyəti acınacaqlıdır”

Yeni bir atlasın yaradılması nəzərdə tutulub.

 

bunu AMEA-nın Ümumi yığıncağında Akademiyanın sabiq prezidenti, akademik Akif Əlizadə deyib.

 

O bildirib ki, Azərbaycan ərazisində canlı aləmin inkişafını özündə əks etdirən yeni bir atlasın yaradılması nəzərdə tutulub.

 

 Onun sözlərinə görə, bu atlas Geologiya və Geofizika İnstitutu və Təbiət Tarixi Muzeyinin ortaq layihəsi olacaq.

 

Akif Əlizadə Təbiət Tarixi Muzeyinin hazırkı vəziyyətinə də toxunub: “O muzeyin dəyəri böyükdür, amma, təəssüf ki, vəziyyəti acınacaqlıdır. Hesab edirəm ki, Təbiət Tarixi Muzeyinin keyfiyyətli bir məkana ehtiyacı var”.

 

APA