Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-25 10:30:00
Bir dəfə yaralandı, yenidən cəbhəyə qayıtdı- Müharibədə daha bir tələbə həlak oldu/FOTO

 

Rusiyanın Ukraynaya silahlı müdaxiləsi nəticəsində həlak olan tələbələrin sayı artır.

 

Ukrayna Milli Bədən Tərbiyəsi və İdman Universitetinin İvan Piddubnı adına Olimpiya Peşə Kollecinin II kurs tələbəsi, güllə atıcılığı üzrə yığma komandanın üzvü Yeqor Kigitov döyüşlərdə həyatını itirib.

 

AzEdu.az xəbər verir ki, Yeqor müharibənin başladığı ilk günlərdən ölkəsinin müdafiəsi üçün könüllü olaraq ordu sıralarına qoşulan tələbələrdən olub.

 

O, döyüşlərdə bir dəfə yaralanıb, bədənində yanıq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Sağlamlığını qismən bərpa etdikdən sonra xəstəxanada qalmaqdan imtina edib və cəbhəyə yollanıb.

 

Ancaq bu dəfə müharibənin qurbanlarından birinə çevrilib.  

 

Bir 1 nəfər və mətn şəkili ola bilər