http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-23 10:58:00
ADNSU “UniLab” layihəsi çərçivəsində növbəti qrup müzakirəsində iştirak edib

Yanvarın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) UniLab layihəsi çərçivəsində növbəti onlayn qrup müzakirəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində görülən və görüləcək işlər, eləcə də layihənin ümumi gedişatına həsr olunmuş görüşdə UniLab layihəsinin vahid prototip modelinin yaradılması məsələsi müzakirə olunub. Bundan başqa layihə koordinatorları UniLab layihəsinin yeni yaradılan prototip modulunun tərəfdaş universitetlər tərəfindən tətbiqi, həmçinin partnyor şirkətlərlə əlaqələrin genişləndirilməsi istiqamətində atılacaq addımlar və layihənin saytı geniş müzakirə olunub.

 

Layihənin koordinatoru Carme Royo UniLab çərçivəsində yaradılan ümumi prototipin  tələbə və işəgötürənlər arasında  əlaqələrin daha da təkmilləşdirməsində xüsusi rol oynayacağını deyib.

 

Qeyd edək ki, ADNSU  Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarusiya və Rusiyada -  ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.