Azedu.az

Əcnəbi tələbələr 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar

20 Yanvar 2022, 17:35
Əcnəbi tələbələr 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anıblar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birinci kursunda oxuyan əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər.

 

AzMİU-dan  AzEdu.az-a bildirilib ki, Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın təşəbbüsü ilə reallaşan ziyarətdə müxtəlif ölkələrdən olan gənclər iştirak ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları tərəfindən paytaxtda, eləcə də bölgələrdə qətlə yetirilən əliyalın insanların uyuduğu xiyabanda əcnəbi tələbələr şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların xatirəsini ehtiramla anıblar.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox