Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-19 09:15:00
UNEC-in əcnəbi tələbələri 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əcnəbi tələbələri Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda qurban getmiş 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad ediblər.


Bu barədə AzEdu.az-a UNEC-dən bildirilib. Əcnəbi tələbələr UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan memorial-xatirə kompleksinin önündə şəhidlərimizin xatirəsini anıblar.


Onlara 20 Yanvar - Ümumxalq Hüzn Günü barədə məlumat verilib.


Sonra əcnəbi tələbələr UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Beynəlxalq əməkdaşlıq departamentinin birgə təşkilatçılığı ilə Şəhidlər xiyabanını ziyarət ediblər.