Respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçmiş şagirdlər yanvarın 15-dək buraxılış vərəqlərini əldə edə bilərlər.
Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, şagirdlər qeyd edilən tarixdə saat 18.00-dək //portal.edu.az/ platforması üzərindən buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər.
Elm yarışında iştirakına icazə verilən xüsusi istedada malik olan 8-ci sinif şagirdləri isə buraxılış vərəqlərini müvafiq qurumlardan və ya təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvarın 22-də keçiriləcək.