http://www.position.az/ https://www.zirve.edu.az/
2022-01-14 11:48:00
“UNEC İqtisadi Forumu 2021”ə təşkilati dəstək göstərən şirkətlər təltif olunublar

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan “Zəfər yolu” adlı “UNEC İqtisadi Forumu 2021”in təşkilinə dəstək göstərən şirkətlərin rəhbərləri və nümayəndələrinin təltif olunması mərasimi keçirilib.


Bu barədə AzEdu.az-a Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) məlumat verilib.

Tədbirdə çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov “BP Azerbaijan”, “Gülüstan” sarayı, İctimai TV, “Exo Media”, “New Media” qrupu, “Ad Media”, “Yes”, “Adsmark”, “Azprint”, “Fil Agency”, “Logix”, “Proton.az”, “Casablanka Travel” şirkətlərinin təmsilçilərinə forumda göstərdikləri təşkilati dəstəyə görə təşəkkürünü bildirib. Rektor Azərbaycanın inkişafında əhəmiyyət kəsb edən məsələlərin müzakirəyə çıxarılmasında, eləcə də universitetlərin beynəlxalq aləmdə tanıdılmasında platformaların mühüm rol oynadığını qeyd edib. UNEC İqtisadi Forumunun bu baxımdan önəmini vurğulayan professor Ədalət Muradov tədbirin hər il keçiriləcəyini diqqətə çatdırıb. Rektor UNEC-in təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan digər beynəlxalq tədbirlərdən, eləcə də universitetin hədəflərindən söz açıb. O, tədbirlərin təşkilində şirkət və qurumlarla qarşılıqlı etimad və maraq üzərində tərəfdaşlığın qurulmasının böyük əhəmiyyət kəsb etdiyini də bildirib.

Tədbirdə şirkətlərin təmsilçiləri forumun əhəmiyyətini vurğulayıb, UNEC-ə bu istiqamətdə uğurlar arzulayıblar.
Sonra şirkətlərin təmsilçilərinə təşəkkürnamələr təqdim olunub.