Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-06 14:52:00
“Təhsil naziri olduğum müddətdə müəllimlərin maaşı yüksək idi”- Firudin Cəlilov

“Təhsil naziri olduğum müddətdə müəllimlərin maaşı yüksək idi”.

 

“Mənim Təhsil naziri olduğum zamanlarda rüşvət yox idi. Lakin sonrakı illərdə bunun baş verməsi ilə bağlı heç bir fikrim yoxdur".

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sabiq Təhsil naziri Firudin Cəlilov deyib.

 

Belə ki, Emin Əmrullayev son keçirdiyi brifinqdə təhsil müəssisələrində rüşvətin hələ də qaldığını qeyd edib. O, bunun qarşısının alınması  üçün cəmiyyət və təhsil ictimaiyyətinin birgə səy göstərməli olduğunu vurğulayıb.

 

Firudin Cəlilov məsələ ilə bağlı fikirlərini ifadə edib:

 

“Mənim Təhsil naziri olduğum zamanlarda rüşvət yox idi. Lakin sonrakı illərdə bunun baş verməsi ilə bağlı heç bir fikrim yoxdur. Məsələ ilə bağlı mülahizə yürütməyim  düzgün olmazdı.

 

Təshil naziri olduğum müddətdə müəllimlərin maaşı yüksək idi. Bu sektorda çalışan şəxslər arasında hörmət saxlanılırdı. Həmin dövrdə yaşayıb, çalışan insanlar bunu təsdiq edə bilər”.

 

Qeyd edək ki, Firudin Cəlilov 1992-1993-cü illərdə təhsil naziri olub.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları