Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 16:50:00
Azərbaycanlı tələbə Koreyada süni-intellekt üzrə   qalib oldu-  FOTOLAR

 

 

Cənubi Koreyada  “Daewoong” fondunun dəstəyi ilə keçirilən “Hackathon” yarışında qalib olub. Yarışa bu ölkədə təhsil alan tələbələrdən ibarət 11 komanda qatılıb.   Tələbələr süni intellekt sahəsində ideyalarını irəli sürüblər. Ramil öz komanda yoldaşı ilə yarışda “dərman-zülal qarşılıqlı əlaqəsinin süni intellekt modeli ilə proqnozlaşdırılması” layihəsi ilə çıxış edib. Yarışa tailandlı mentoru ilə birlikdə qatılan  Ramil bu yarışda birincilik əldə edib.

 

 

Azedu.az xəbər verir ki, Ramil Babazadə 2017-ci ildə 78 ölkənin məktəblilərinin iştirakı ilə Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında qızıl medal qazanıb. O, 11 il sonra ölkəyə qızıl medal gətirə bilib.

 

 

Ramil  hazırda Cənubi Koreyanın “Kaist” Universitetində Kimya və Kompüter Elmləri üzrə 4-cü kursda təhsil alır. Ramil həmçinin, Bakıdakı olimpiada hazırlıq mərkəzində kimya fənnini üzrə olimpiada  qruplarında online dərs keçir.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları