http://azeduacademy.com/az/categories/41 http://www.position.az/ https://www.zirve.edu.az/
2021-12-20 16:28:00
Şəhid övladları üçün Türkiyədə yay düşərgələrinin təşkil olunması təklif edilib-FOTOLAR

Türkiyə Respublikası İstanbul Kent Universitetinin rektoru Prof. Dr. M. Necmettin Atsü, Uluslararası ofis müdürü Berna Severge Bayizit və danışman Erbay Şirinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin üzvləri ilə görüşü keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə Təşkilatın üzvü olan digər şəhid qəhrəmanların xanımları iştirak edib. 

 

Prof. Dr. Necmettin Atsü Azərbaycanın Vətən müharibəsindəki qələbəsini böyük sevgi və coşqu hissi ilə qarşıladıqlarını bildirmiş, şəhid övladlarının təhsili ilə bağlı Universitet rəhbərliyinin gələcək planlarını açıqlayıb.

 

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə görüş üçün təşəkkürünü bildirərək Təşkilatın şəhid ailələri ilə bağlı həyata keçirdiyi layihələr və qarşıda duran fəaliyyət planları haqqında məlumat verib.

 

Görüş iştirakçıları qeyd etdilər ki, şəhid övladlarının ikitərəfli sosial layihələrdə iştirakı, Türkiyə Respublikasında ali təhsilə yiyələnməsi, bilik və bacarıqlarının artırılması əsas məqsədlərdən biridir.

 

Berna severge Bayizit yay tətilində şəhid övladlarının İstanbul Kent Universitetində təcrübə proqramlarına cəlb olunmasının önəmliliyini vurğuladı. Görüşdə gələcəkdə İstanbul Kent Universiteti ilə birlikdə şəhid övladları üçün Türkiyə Respublikasında yay düşərgələrinin təşkili təklifi dəstəklənib.

 

Qeyd edək ki, İstanbul Kent Universiteti ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi arasında əməkdaşlığın davam etməsi, birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.