İstanbul Kent Üniversitetinin rektoru Prof.Dr. Necmettin Atsü Bakıda səfərdə olub.
AzEdu.az xəbər verir ki, səfəri çərçivəsində o, şəhidlər xiyabanını ziyarət edib və gördüyü mənzərədən təsirləndiyini deyib.
Professor müsahibə zamanı Azərbaycan-Türkiyə dostluğundan və qardaşlığından danışıb. O, deyib ki, məhz tələbələr sayəsində bu əlaqələr daha da genişlənir.
Qeyd edək ki, İstanbul Kent Universiteti 2017- ci il Türkiyənin mərhum baş naziri Mesut Yılmazın həyat yoldaşı Berna Yılmaz tərəfindən qurulub. Hazırda universitet daxilində 4 fakültə, 2 kolleci və 1 xarici dillər kolleci eyni zamanda magistatura institutu fəaliyyət göstərir.