Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 09:13:07
Direktorunun partlatdığı, bütün şagirdləri gəmidə batan məktəblər - Dünyanın təhsil faciələri

Son illər məktəblərdə baş verən cinayət və ölüm hallarının sayı artıb. Özəlliklə,  hadisələrin hər dəfə müxtəlif ölkə və məktəblərdə yaşanması daha çox diqqəti cəlb edir.

Araşdırmalar göstərir ki, məktəb faciələri yavaş-yavaş bütün dünyaya yayılmaq üzrədir. Analoji hadisələrin ən çox baş verdiyi yer isə ABŞ hesab olunur. Buradakı orta təhsil müəssisələrində baş verən mənfi hadisələr, terror və cinayətlər artıq adi hal alıb. Faciələr  bir çox məktəblinin həyatını itirməsinə, onlara şahidlik edən şagirdlərin isə psixologiyasının pozulmasına səbəb olur.

AzEDU.az dünyanın müxtəlif ölkələrində, məktəblilərin başına gələn ən ağır cinayət hadisələrini və yaşanan faciələri diqqətə çatdırır:

ABŞ tarixində ən dəhşətli təhsil hadisəsi 1927-ci ildə baş verib. “Bath məktəb faciəsi” adlanan qətliamda7-14 yaş arası şagirdlərin təhsil aldığı məktəbin maliyyə işləri üzrə direktoru AndrewKehoe, özü və həyat yoldaşı daxil, bir çox şəxsi öldürüb,  58 nəfəri isə yaralayıb. Məktəbin tikilməsi üçün alınan əmlak vergisinin, bağ evinin satılmasınasəbəb olduğunagörə qəzəblənən Kehoe, bir neçə ay boyunca məktəb binasının altını dinamitlə dolduraraq, oraya partlayıcı sistem quraşdırıb. 1927-ci ilin 18 mayında  yoldaşını döyərək öldürüb və evi dinamitlə havaya uçurub. Sonra məktəbə gedərək, quraşdırdığı sistemi işəsalıb. Nəticədə 38 uşaq, iki müəllim, ümumilikdə isə 45 nəfər həyatını itirib. Bu hadisə ABŞ tarixinin ən böyük məktəb faciəsi olaraq tarixə düşüb.

Türkiyə orta məktəblərinin birində yaşanan hadisə bütün dünyanın diqqətini üzərinə çəkməyi bacarıb. Dərs zamanı doqquzuncu sinif şagirdi Eralp Aslan (Şərti ad), 16 yaşındakı dostunun boğazını kəsərək öldürüb. O, cinayətin hər saniyəsini videoya  çəkib. Həmin şagirdə “canavar hissi ilə adam öldürmək” maddəsiylə cinayət işi açılıb.

Türkiyədə başqa bir faciə isə orta məktəb şagirdinin evdən götürdüyü silahla sinif yoldaşlarının və müəllimlərinin gözü qarşısında intihar etməsi olub. Hadisəyə şahidlik edən şagirdlərin çoxu psixoloji travma alıb.

Qeyd edək ki, məktəblərdə baş verən intihar və cinayət hadisələrinin çoxluğuna görə  Türkiyə də,  ABŞ-ın başçılıq etdiyi siyahıda yer alır.

1996-cı ildə Şotlandiyanın paytaxtı Dublindəbir  şizofreniya  xəstəsi  məktəbin gimnastika zalına daxil olaraq, 16 şagird və müəllimləri bıçaqlayaraq öldürüb.

Cənubi Koreyada baş verən faciədə isə bir məktəbin demək olar, bütün şagirdlərini itirib. Gəzintiyə çıxan məktəbli və müəllimlərdən ibarət gəmi, Cənubi Koreya sahillərində tərsinə dönərək batıb. 476 sərnişinin olduğu gəmidən cəmi 174 nəfər sağ çıxıb. “Danvon” liseyinin 250 şagirdi gəminin batması nəticəsində həyatını itirib.

Hindistanın paytaxtı Dehlidə yaşanan hadisə bir sıra qurumları ayağa qaldırıb.  Özəl məktəblərdən birinin  tualetində, 9-cu sinif şagirdi  ölü tapılıb. Polisin araşdırmalarına görə, şagird tualetdə döyülərək öldürülüb. Onun cəsədini isə 15 saat sonra sinif yoldaşları tapıblar.

Qeyd edək ki, məktəb faciələrinin ən çox baş verdiyi ölkə Suriyadadır. Orada törədilən qırğınlar nəticəsində saysız-hesabsız məktəblər dağıdılıb. Yüzlərlə şagird qətlə yetirilib. Lakin bununla bağlı müfəssəl məlumatlar, dəqiq statistika olmadığna görə, Suriyanı yazıya qeyd kimi əlavə etdik.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları