Azedu.az

Nazir: \"Şuşada tikilən məktəbin inşası gələn ilin dekabrında bitəcək\"

6 Dekabr 2021, 14:53
Nazir: \

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Şuşada inşa olunan 1 nömrəli məktəbin tikintisi davam edir.


Bunu təhsil naziri Emin Əmrullayev bildirib.

 

Onun sözlərinə görə, məktəbin tikintisi 2022-ci ilin dekabr ayında bitəcək.

 

Nazir xatırladıb ki, məktəb 960 nəfərlik tutuma malik olacaq.


Qeyd edək ki, həmin məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Prezidentin Ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.

 

Report

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox