Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 16:10:00
Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur  

"Qarabağın təhsil mərkəzinə çevrilməsi gündəmdə olan məsələdir. Ağdamda artıq xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur".

 

AzEdu.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, həmin kvartalda Qarabağ Universitetinin təməli qoyulacaq: "Hələlik universitetin konsepsiyası işlənilməlidir. Qarabağ elmi potensialından istifadə edilməsi uzun yoldur. Qarabağda dayanıqlı məskunlaşma insanların bacarıq və biliklərinin inkişafı deməkdir. Çünki oraya köçən və məskunlaşan insanların adaptasiya prosesində onların bacarıqlarının inkişaf etdirilməsi, formalaşdırılması da nəzərdə tutulur".(Report.az)