Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 12:56:00
MDU-da QİÇS-lə bağlı maarifləndirici seminar keçirilib-FOTO

Mingəçevir Dövlət Universitetində (MDU) 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə maarifləndirici seminar keçirilib. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Mingəçevir Regional Laboratoriyası tərəfindən təşkil olunan seminarda universitetin tələbə və magistrantları iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, laboratoriyanın müdiri, həkim Yeganə Aslanova seminar iştirakçılarına zərərli vərdişlərin insan sağlamlığına törətdiyi ağır fəsadlar, QİÇS-ə yoluxma yolları və xəstəliyin yayılma təhlükəsi barədə ətraflı məlumat verib, insanın immunçatışmazlığı virusunun səbəb olduğu təhlükəli xəstəliklərdən qorunmağın üsulları, sanitar-gigiyenik qaydalar və sağlam həyat tərzi ilə bağlı tələbələrlə maarifləndirici söhbətlər aparıb.

 

Sonra mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.