Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-03 09:52:00
Sertifikasiyaya hazırlaşan müəllimlər üçün vebinar təşkil ediləcək  

Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.

 

AzEdu.az xəbər verir  ki, növbəti vebinar dekabrın 3-də “Sadə həndəsi fiqurların xassələri, statistika və ehtimal” mövzusunda keçiriləcək. Spiker qismində 20 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi, “Dərs vaxtı” layihəsinin iştirakçısı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin və “STEAM Azərbaycan” layihəsinin təlimçisi Xəyalə Rüstəmzadə çıxış edəcək.

 

Qeyd edək ki, Xəyalə Rüstəmzadə 2018-2019-cu illərdə MİQ imtahanlarında ən yüksək nəticə göstərib. Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün müxtəlif mövzuların və tapşırıqların izah olunmasıdır.

 

Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.