Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 11:58:00
Qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib

Noyabrın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclasda hər iki fənn üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib.

 

Müzakirələr nəticəsində coğrafiya fənni üzrə imtahan modelində tətbiq yönümlü, məntiqi düşünməyə əsaslanan xəritə, cədvəl, sxem, qrafik formalı tapşırıqlara üstünlük verilib. Situasiya tapşırıqlarının məzmununa xüsusi diqqət yetirilib.

 

Riyaziyyat fənni üzrə cavabları kodlaşdırıla bilən və cavabları yazı ilə ifadə olunan tapşırıqların müzakirəsi zamanı tapşırıqların şərti ilə bağlı qeyd edilən fikir və təkliflər nəzərə alınıb.

 

Beləliklə, hər iki fənn üzrə imtahan modellərinin müzakirəsi başa çatıb.

 

Ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.

 

İşçi qrupların növbəti iclasları dekabrın 3-də keçiriləcək.