Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-27 13:31:00
Tələbə semestr üçün hansı məbləğdə kredit ala biləcək?- QAYDA

 

Təhsil Tələbə Fondunun nizamnamə kapitalı 80 milyon manatdır.

 

Bu məbləğ artıq Maliyyə Nazirliyi tərəfindən fondun hesabına köçürülüb.

 

Tələbələr kredit üçün hər semestr(yarımil) üzrə müraciət etməlidirlər.

 

Bəs tələbə semestr üçün hansı məbləğdə kredit ala biləcək?

 

 

AzEdu.az xəbər verir ki, semestr üçün kreditin məbləği hər tədris ili üçün ayrı-ayrı təhsil səviyyələri, təhsil müəssisələri və ixtisaslar üzrə tələbə qəbuluna dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş illik təhsil haqqının yarısı miqdarında müəyyən edilir.

 

Məsələn, sosial kredit üzrə illik təhsil haqqı 2000 manatdırsa, semestr üçün kredit 1000 manat olacaqdır. Standart kredit üzrə isə bu məbləğ birinci semestr 600 manat (2000/2-2000*20%), ikinci semestr isə 1000 manat olacaqdır.

 

Sosial kredit almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı tam məbləğdə və standart kredit almaq hüququ olan tələbənin ödədiyi təhsil haqqı məbləğinin isə illik təhsil haqqının 20 faizindən çox olan hissəsi TTK verilən zaman nəzərə alınmayacaqdır. Bu vəsait təhsil müəssisəsi tərəfindən tələbəyə geri qaytarılmalıdır.