Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-25 14:58:00
 Logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb  

Təhsil İnstitutu “SABAH Magistratura” proqramı çərçivəsində 2021/2022-ci tədris ilinin payız semestrində Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimləri əməkdaşlığa dəvət edir.

 

AzEdu.az xəbər verir  ki, AzTU-nun logistika və nəqliyyat ixtisaslaşması üzrə müəllimlərin işə qəbulu prosesinin vaxtı uzadılıb. Müraciətlərin qəbulu dekabrın 1-i saat 23:59-dək aparılacaq.

 

Namizədlərdən müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura), sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi, Azərbaycan dilində səlis ünsiyyət, İKT resurslarından sərbəst istifadə, innovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları tələb olunur.

 

Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] ünvanına göndərmələri xahiş olunur.

 

Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ barədə məlumatlandırılacaq.