Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-22 17:10:00
Paytaxt məktəbində Vətən Müharibəsi Qəhrəmanının adı həkk olunan lövhə asılıb  

Paytaxt məktəblərində Vətən Müharibəsi qəhrəmanlarının adları həkk olunmuş lövhələrin yerləşdirilməsinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, artıq 291 nömrəli Ekologiya liseyində Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adı həkk olunan lövhə asılıb.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanlarının adı verilib. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

 

Nazirlər Kabinetinin qərarına əsasən, respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi qəhrəmanlarının adları verilib.