Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-12 12:00:00
Təhsil krediti alacaq şəxslərin sayı artacaq

Təhsil Tələbə Kredit Fondunun Nizamnamə kapitalı artırılacaq. 

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov deyib. 

 

Nazir bildirib ki, həmin Fondun Nizamnamə kapitalının 2022-ci ildə 102 milyon manata çatdırılması gözlənilir.

 

“Bununla da təhsil krediti alacaq şəxslərin sayı artacaq”, - deyə nazir əlavə edib. 

Qeyd edək ki, 2021-ci il üçün Fondun Nizamnamə kapitalı 80 milyon manat məbləğində dəyərləndirilir.