Azedu.az

Məktəb direktoruna CİNAYƏT İŞİ açıldı -RƏSMİ  

Orta təhsil

Maraqlı

11 Noyabr 2021, 11:34
Məktəb direktoruna CİNAYƏT İŞİ açıldı -RƏSMİ  

Mingəçevir şəhər 3 saylı tam orta məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

 

 

AzEdu.az xəbər verir ki, parılmış araşdırmalarla qeyd edilən məktəbin sabiq dirketoru Kəmalə Tahirovanın direktor vəzifəsini icra etdiyi 2013-2019-cu illər ərzində məktəbin xadiməsi vəzifəsində işləyən şəxsin müntəzəm olaraq işə davamiyyəti olmadığı halda ona ümumilikdə 5 min manat məbləğində əməkhaqqı hesablanıb ödənilməsinə şərait yaratmasına, dərsdənkənar, fakultativ məşğələ qrupları təşkil olunarkən şagirdlərin say həddini gözləməyərək artıq məşğələ saatları tarifləşdirməsinə, həmçinin fakultativ məşğələ saatlarını rəsmiləşdirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsinə  əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı)  maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox