Azedu.az

Azərbaycanda universitet tələbələrindən MARAQLI İXTİRA

Məktəbəqədər təhsil

Orta təhsil

Kolleclər

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

AzEdu Tv

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

7 Mart 2018, 17:05
Azərbaycanda universitet tələbələrindən MARAQLI İXTİRA

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri günəş batareyalarının quraşdırıldığı bel çantası hazırlayıb.

AzEdu.az-ın məlumatına görə, bunu Trend-ə layihənin rəhbəri Rusif Hüseynov deyib. 

Onun sözlərinə görə, çantanın əlavə akkumulyatorları var ki, onlar çanta günəşdə olarkən enerji yığacaq: “Çanta hərbi qurumlar tərəfindən, eləcə də uzun səhayətlər zamanı, mobil telefonların enerji yığması üçün istifadə oluna bilər. Hazırda biz ukraynalı tərəfdaşlarımızla birgə çantanın funksionallığını artıracaq layihə üzərində işləyirik”.

Qeyd olunur ki, söhbət bel çantası ilə Kiyev Politexnik İnstitutunun ekotexnologiya laboratoriyası tərəfindən yaradılmış səyyar sutəmizləyici qurğunun funksionallığının uyğunlaşdırılmasından gedir. Bu qurğu bir saat ərzində 30 litr çirkli suyu təmizləmək gücündədir.

Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox