Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-27 11:23:00
AzTU-nun professoru beynəlxalq elmi konfransın təşkilat və proqram komitəsinin üzvü seçilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının professoru Bayram İbrahimov, dosentlər İslam İslamov və Əli Tağıyev Avstriyanın paytaxtı Vyanada onlayn formatda keçirilən “Rabitənin və texnologiyaların idarəedilməsi və tətbiqi” adlı beynəlxalq elmi konfransda iştirak edib.

 

AzEdu.az xəbər verir ki, konfransın təşkilat və proqram komitəsinin üzvü Bayram İbrahimov “İnnovativ texnologiyaların yeni imkanlarının telekommunikasiya, biotibb, nəqliyyat və kiberfiziki sistemlərə tətbiqi” bölməsində “SDN və NFV texnologiyaları bazasında çoxxidmətli telekommunikasiya şəbəkələrinin effektiv işləməsinin optimallaşdırılması” mövzusunda çıxış edib.

 

Tədbirin sonunda professor Bayram İbrahimov növbəti müddətə beynəlxalq elmi konfransın təşkilat və proqram komitəsinə üzvü seçilib.