Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-19 16:39:00
Bağçalarda distant təhsili həyata keçirmək mümkün deyil-Şöbə müdiri

 

 

“Məktəblərdə online tədrisi həyata keçirmək mümkündü, amma bağçlarda bunu etmək müşkül məsələdi”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərova deyib

 

O, bağçalarda baş verən yoluxma hallarına münasibət bildirib:

 

Belə ki, son günlər təhsil müəssisələrində koronavirusa yoluxma halları müşahidə edilir. Bu səbəbdən bir çox məktəb və bağçalar distant təhsilə keçib.

 

Belə ki, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb. 

 

“Bağçalar uşaq qəbul edərkən ailə daxilində koronavirusun olub-olmaması barədə məlumat əldə etməlidir. Əgər fakt təsdiqini taparsa, həmin uşaq bağçaya qəbul olunmamalıdır. Bu,  xəstəliyin daha çox yayılmasına yol açacaq. Valideynlərdən xahiş olunur ki, uşaqlarda azda olsa, xəstəlik əlamətləri aşkar etdikdə onu bağçaya gətirməsinlər. Bəziləri işlə əlaqədar buna məcbur olsalar da,  həmin qaydaya əməl etməlidilər. Hazırki vəziyyət ümumdünya problemidir. Bunu hanısa region və bağçaya aid etmək olmaz. Məktəblərdə online tədrisi həyata keçirmək mümkündü, amma bağçlarda bunu etmək müşkül məsələdi. Bu da uşaqların geridə qalmasına yol açır.Yoluxma çox deyilsə, məsələyə ciddi şəkildə yanaşmaq lazımdır. Bağça müəllimləri uşaqların sahə həkimləri ilə ünsiyyətdə olub, onlarda yoluxmanın vəziyyəti haqqında məlumat əldə etməlidir. Heç vaxt bağçaların bağlı qalmasını istəməzdim”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları