Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 16:38:00
Vakant inzibati vəzifələr üzrə daxili müsahibə davam edir  

On doqquz dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə (89 vakant vəzifə) oktyabrın 7-də başlanan daxili müsahibə davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilib. Müsahibədə iştirak etmək üçün 169 nəfərin müraciəti qeydə alınıb. Bu gün saat 15:50-dək olan məlumata görə, müsahibədə 53 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Daxili müsahibə oktyabrın 19-dək davam edəcək.