Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 12:00:00
    BŞTİ ilə AzEdu-dan ortaq layihə -  “Müəllimin cəbhə gündəliyi”

 

 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və AzEdu Təhsil Portalı  tərəfindən I Qarabağ və Vətən Müharibəsi iştirakçısı olmuş müəllimlərin döyüş yolundan bəhs edən “Müəllimin cəbhə gündəliyi” layihəsinə start verilir.

 

Layihənin məqsədi Vətən yolunda hər cür fədakarlığa hazır olan, torpaqlarımızın etibarlı müdafiəsi üçün şagirdlərini vətənpərvər ruhda yetişdirməyi qarşısına məqsəd qoyan, təkcə sinif otağında deyil, eyni zamanda cəbhədə də vətənpərvərlik dərsi keçməyi bacaran I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlərimizi geniş ictimaiyyətə tanıtmaqdan ibarətdir.

 

 

Layihə çərçivəsində həm I Qarabağ, həm də Vətən Müharibəsində iştirak edən müəllimlər keçdikləri döyüş yolu, məktəb həyatı, şagirdlərlə münasibətləri barədə danışacaqlar.

 

Əlavə olaraq, müəllimlərin hərbi və mülki həyatdakı fəaliyyətlərini əks etdirən fotoşəkillər və video görüntülər də layihə çərçivəsində təqdim olunacaq.

 

 Layihə çərçivəsində əvvəlcə I Qarabağ və Vətən Müharibəsində iştirak etmiş müəllimlər haqqında ümumi məlumat veriləcək.

 

Həmçinin, uğurlu həyat hekayəsi olan müəllimlərin yetişən nəsil üçün nümunəyə çevrilməsi məqsədilə onların fikir və tövsiyələri ictimaiyyətə təqdim ediləcək.

 

Eləcə də müəllimlərin mülki və hərbi həyatlarına dair maraqlı və yaddaqalan hekayələri geniş auditoriyaya  çatdırılacaq.

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları