Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 11:25:00
DİM Nazirlər Kabinetindən cavab gözləyir 

“Rezidentura üzrə plan yerləri ilə bağlı DİM-ə rəsmi məlumat təqdim olunmayıb”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  deyib. O rezidenturaya plan yerlərinin artırılması ilə bağlı məsələyə münasibət bildirib:

“Bizə Nazirlər Kabineti tərəfindən rəsmi məlumat təqdim olunmayıb. Yaxın zamanda gözləyirik ki, plan yerləri rəsmi təsdiq olunsun”

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 16-da başa çatıb. İxtisas seçimi başa çatandan sonra isə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqənin nəticələri elan olunmalıdır. Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən rezidenturaya qəbul üzrə plan yerlərinin artırılması ilə əlaqədar Nazirlər Kabinetinə müraciət edilməsi barədə DİM-ə məlumat verilib. Rezidenturaya qəbul üzrə əlavə plan yerləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən və DİM-ə göndərildikdən sonra həmin yerlər haqqında məlumat veriləcəkdir. Bundan sonra “Namizədin elektron ixtisas seçimi” ərizəsinin yenidən aktiv edilmə tarixləri elan ediləcəkdir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları